Xəbərlər

Müddət

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun onlayn formatda keçirilən iclasına qatılıb. Webex platforması üzərindən baş tutan iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin […]

ABA-nın eksperti Qorxmaz Ağayev “Biznes Azərbaycan” verilişinin qonağı olub – VİDEO

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun  eksperti Qorxmaz Ağayev İctimai TV telekanalında yayımlanan “Biznes Azərbaycan” verilişinin qonağı olub. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. […]

ABA və Vəkillər Kollegiyası nümayəndələri arasında görüş keçirilib

22 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Kollegiya) Biznes Hüququ Komitəsinin nümayəndələri arasında görüş keçirilmişdir. ABA ilə Kollegiya arasında 18 oktyabr 2022-ci il tarixində birgə qarşılıqlı əməkdaşlığa dair imzalanmış Memorandum çərçivəsində baş tutan görüşün məqsədi bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, […]

“Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

22 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclas zamanı bankların ehtiyat fondlarının yaradılması ilə əlaqədar toplanmış rəy və təkliflər üzrə müzakirələr aparılmış, digər cari məsələlərə baxılmışdır. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi […]

Bankın İdarə Heyəti sədrinin müəllifi olduğu maliyyə bazarına aid kitab işıq üzü gördü

“Maliyyə Iqtisadiyyatı: Bankçılıq, Sığorta, Kapital bazarı və Birja” adı altında işıq üzü görən kitaba Rabitəbank ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovla birgə İqtisad Universitetinin Professoru Zahid Məmmədov müəlliflik etmişdir. Nəşrin çap edilməsində əsas məqsəd, maliyyə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, iş prossesində onlara yardımçı bir masaüstü məlumat mənbəyi olmaqdır.

MÜDDƏT