Xəbərlər

Müddət

Mərkəzi Bank və bankların Xəzinədarlıq departamentinin rəhbər nümayəndələri arasında görüş keçirilib

18 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq rəhbər nümayəndələri ilə bankların xəzinədarlıq fəaliyyəti ilə məşğul olan struktur bölmələrinin rəhbərləri arasında onlayn görüş keçirilmişdir. Görüş zamanı banklararası valyuta əməliyyatlarının Blumberqin BMatch platformasına keçidi prosesinin yekunlaşması ilə əlaqədar məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas […]

“Azərbaycanın bank sektoru üçün 2022-ci il uğurlu olub” – ABA-nın icraçı direktoru Yunus Abdulov

Azərbaycanın bank sektoru üçün 2022-ci il uğurlu olub. Bunu “Report”a açıqlamasında sektorda ötənilki vəziyyəti və builki gözləntiləri şərh edən “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov bildirib. Onun sözlərinə görə, ilin uğurlu keçməsi koronavirus (COVID-19) pandemiyasından sonra sektorda nisbətən yavaşlamış artımın sürətlənməsi, həm də məcmu tələbdəki yüksəlişlə əlaqədar maliyyəyə olan ehtiyacın artması ilə […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun görüşü keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun 2022-ci ildə keçirilən son onlayn iclasında rəqəmsal ödəniş ekosistemində tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilmişdir. Əsas müzakirə mövzusu GooglePay və ApplePay ilə aparılan rəqəmsal ödənişlərin klirinqi ilə bağlı beynəlxalq ödəniş sistemi tərəfindən yeni tətbiq edilən xidmət haqları və bununla […]

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun onlayn formatda keçirilən iclasına qatılıb. Webex platforması üzərindən baş tutan iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin […]

ABA-nın eksperti Qorxmaz Ağayev “Biznes Azərbaycan” verilişinin qonağı olub – VİDEO

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun  eksperti Qorxmaz Ağayev İctimai TV telekanalında yayımlanan “Biznes Azərbaycan” verilişinin qonağı olub. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. […]

MÜDDƏT