Xəbərlər

Müddət

Azərbaycan Maliyyə Forumu 2024 keçirilir

Bu gün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilir. Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə  ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının […]

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir – Foto

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 26.12.2023-cü il saat 14:15-də “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir. İclasda 2023-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilmiş, həmçinin 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilmişdir. Bundan başqa, iclasda […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

26 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib. Görüşdə ƏL/TMM sahəsində audit tezliyinin müəyyən olunması üzrə hazırlanmış metodologiya, KİES sorğusuna Mərkəzi Bankın rəyləri, Mərkəzi Bankda təqdim olunacaq audit hesabatlarına dair çərçivənin müəyyən olunması və daxili audit ekspert qrupunun 2024-cü il üzrə illik […]

ABA-nın prezidenti Zakir Nuriyev “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda keçirilmiş təqdimatda çıxış edib – Foto

Dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və […]

MÜDDƏT