Nağdlaşdırma əməliyyatlarının monitorinqi məsələləri müzakirə edilib

Əlavə edilib:

7 fevral 2017-ci il tarixində qanunvericilikdə baş vermiş son dəyişikliklərin tətbiqi mexanizmi ilə əlaqədar bank nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.

Görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə təşkil edilib.

Görüşdə vergi qanunvericiliyində baş vermiş son dəyişikliklərlə əlaqədar, tətbiqi nəzərdə tutulan vergitutma obyektləri üzrə zəruri icra mexanizmləri və metodologiyanın müzakirəsi, o cümlədən vergi ödəyiciləri Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək  yeni hesabat formalarının tətbiqi məsələləri müzakirə edilib.

MÜDDƏT