“Novruz xonçası” adlı maarifləndirici tədbir keçirmişdir

Əlavə edilib:

14 mart 2017-ci il tarixində Mərkəzi Bankın təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyasının, “Amrahbank” ASC, “Expressbank” ASC, “Atabank” ASC və “Bakı Sıgorta” ASC–nin  iştirakı ilə əhaliyə Park Bulvar ticarət və əyləncə mərkəzində “Novruz xonçası” adlı maarifləndirici təbliğat xarakterlı tədbir keçirilmişdir.

Tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təbliğ olunmuş, bank və sığorta məhsulları haqqında, eyni zamanda ödəniş kartları və nağdsız ödənişlərin əhəmiyyəti haqqında əhaliyə məlumatlar verilmişdir. Əhalinin müxtəlif yaş təbəqələrini əhatə edən bu tədbirdə onların maliyyə savadlılığı tədbirləri, bank və sığorta məhsulları və digər mövzular üzrə sualları cavablandırıldı.

Gəncləri xüsusilə “Maliyyə savadlılığı” köşkündə nümayiş etdirilən elektron resurslar və bank məhsulları və xidmətləri haqqında maarifləndirici animasiyalar maraqlandırdı. Tədbirə qatılanlara Mərkəzi Bankın, bank-maliyyə qurumlarının maarifləndirici və promo materialları, həmçinin bayram şirniyyatları paylanıldı. Bu cür təbliğat xarakterli maarifləndirici tədbirlərin gələcəkdə müxtəlif məkanlarda  keçirilməsi nəzərdə tutulur.

MÜDDƏT