“Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

10 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclasda banklarda gender balansı üzrə keçirilmiş sorğunun nəticələri müzakirə olunub. Həmçinin növbəti illərdə də müqayisə üçün bu cür sorğuların keçirilməsi nəzərdə tutulub.

Ekspert Qrupunun görüşü zamanı həmçinin Qrupun üzvləri işçi məmnunluğu sahəsində də öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT