Xəzərin Sahilində-2018-VİDEO

Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib.

2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir  əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” ödəmə sisteminin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib.

Tədbirin tərəfdaşları sırasında “Antaris”, “İncəbelli”, “Zadagan”, “Veysəloğlu”, “Ballı”, “La Aristocratie”, “Andrew’s ties” şirkətləri olub.

Tədbirin videosunu sizə təqdim edirik:

MÜDDƏT