ABA-nın Ekspert Qruplarının birgə iclası keçirilib

Əlavə edilib:

12 Dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “İT və İT təhlükəsizlik üzrə” və  “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qruplarının birgə  iclası keçirilib.

İclasda İT risklərinin idarə edilməsi metodları və təcrübələri müzakirə edilib. Birgə müzakirələr nəticəsində aşağıdakı təkliflər verilib:

  1. Banklarda İT İdarəçiliyinin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilsin
  2. Banklar üçün tövsiyə edilən İT Standartlar sənədinin təkmilləşdirilməsi və İT risklərin idarə olunması məsələlərinin daha ətraflı əlavə edilməsi nəzərə alınsın
  3. Müvafiq nəzarət orqanları ilə məsləhətləşmələrdən sonra Banklarda İT İdarəçiliyinin modelləşməsi aparılsın və İT İdarəçiliyinin təkmillşdirilməsi üzrə unifikasiya edilmiş tövsiyələr müəyyənləşdirilib, tədbirlər planına daxil edilsin.

MÜDDƏT