ABA-nın Ekspert Qrupu ilə Şengen ölkələrinin konsulları arasında görüş keçirilib

28 noyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə bank nümayəndələri ilə Şengen ölkələrinin konsulları arasında görüş keçirilib.

Görüşün məqsədi Azərbaycanın müxtəlif bankları ilə Şengen ölkələrinin konsullarını bir araya gətirmək və Azərbaycanda verilmiş bank hesablarının çıxarışları və viza prosesi zamanı onların əhəmiyyəti haqqında fikir mübadiləsi aparmaqdan ibarət olub.

Görüş zamanı ABA-nın Komplayns üzrə Ekspert Qrupu iştirakçılara qısa təqdimat göstərib. Daha sonra isə interaktiv sual sessiyası keçirilib.

MÜDDƏT