ABA-nın eksperti Beynəlxalq Konqresdə iştirak edəcək

17-18-19 Aprel tarixlərində Türkiyə-nin Artvin şəhərində yerləşən Artvin Çoruh Universitetində “Qlobal İqtisadiyyat, Maliyyə və Siyasətdə Hazırki İnkişaflar” (Current Developments in Global Economy, Finance and Politics) mövzusunda Artvin Beynəlxalq Sosial Elmlər Konqresi (AICOSS 19 – Artvin International Congress on Social Sciences) keçiriləcəkdir.

Konqresin məqsədi iqtisadiyyat və sosial elmlər üzrə dünyadakı mövcud olan yenilikləri müzakirə etməkdən ibarətdir. Bu kontektsdə iqtisadiyyat, idarəetmə, siyasət elmləri, beynəlxalq münasibətlər, ictimai maliyyə, marketinq, beynəlxalq ticarət və logistika kimi sahələrdən dünya üzrə çox sayda  tədqiqatçılar və elm adamları konqresə dəvət olunmuşdur.

AFB Bank İdarə Heyətinin Sədri vəzifəsini icra edən eyni zamanda Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Dos. Dr. Aydın Hüseynov konqresə dəvət olunmuşdur. Aydın Hüseynov, Artvin Beynəlxalq Sosial Elmlər Konqresində “Banklarda Likvidlik Riskinin Yaratdığı Faiz Riski, Gap və Durasiya Analizləri” (Interest Rate Risk Stemming from Liquidity Risk, Gap and Duration Analysis in Banks) mövzusunda çıxış edəcəkdir.

MÜDDƏT