Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 1-3 oktyabr 2024-cü il ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- Agile mühitdə risklərin idarə edilməsi.
- Əməliyyat riskinə qabaqcıl yanaşmalar.
- Risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşma səviyyəsi.
- Rəqəmsal istehlak kreditləri üçün erkən xəbərdarlıq və Fraud aşkarlama alətləri.
- KOB və pərakəndə bankçılıqda kredit riskinin idarə edilməsi.
- Avtomatlaşdırılmış Qərar Vermə Modelləri (İpoteka, İstehlak Kreditləri, Mikro Kreditlər).
- Generativ Süni İntellekt üçün Risk Yanaşmaları.
15 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
- OTP Bank Plc;
- MBH Bank Plc;
- K&H Bank Plc;
- Raiffeisen Bank Plc;
- Erste Bank Hungary Plc.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.