ABA tərəfindən bank analitikası ilə əlaqədar vebinar keçirilib

27 iyul 2022-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Qlik Sense” şirkətinin birgə təşkilatçılığı ilə “Qlik ilə bank analitikası: hallar, memarlıq və məlumat strategiyası” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda əsasən MDB banklarının praktiki “BI” keysləri (idarəetmə üçün analitika, pərakəndə biznes, risklər, rəqəmsal marketinq və tənzimləyicilər), analitik həll arxitekturasının qurulması, eləcə də bank daxilində “data-driven” strategiyanın qurulması məsələlərinə toxunulmuşdur.

Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

MÜDDƏT