“Agile management” mövzusunda təqdimat keçirilib

14 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə bankların İnsan Resursları Departamentinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

Səhər yeməyi zamanı “Agile management” mövzusunda müzakirələr aparılıb. Müzakirələrin moderatoru çevik idarəetmə üzrə proffesional koaç Nərminə Hüseynzadə olub. Həmçinin Nərminə Hüseynzadə “Agile management” mövzusunda təqdimatla çıxış edib və bu anlayışın əsas izahını verib.

Görüş geniş müzakirələrlə davam edib. Mövzunun aktuallığı və davamlı inkişafı müzakirələrin əhatəsinin genişlənməsinə səbəb olub.

MÜDDƏT