Azərbaycan Banklar Assosiasiyası Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin yeni üzvü seçildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) üzvü seçilib.

Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMŞ) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən yaradılmışdır. Azərbaycan da daxil olmaqla 62 üzvü olan DBMŞ 2012-ci ildən üzvlük sayını 5 dəfə artırmışdır. DBMŞ dayanıqlı maliyyə üzrə milli təşəbbüslərin icrası üçün üzv ölkələrin potensialının artırılması və məlumat mübadiləsi üzrə platforma olaraq, milli dayanıqlı maliyyə strategiyası və yol xəritələrinin formalaşdırılması və realizasiyası üzrə üzv təşkilatlara texniki dəstək göstərir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT