“Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması”nın nəticələri bank nümayədələrinə təqdim edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması” aparılmışdır. Araşdırma seçilmiş 10 şəhər və rayonda kəmiyyət və keyfiyyət tədqiqat metodları əsasında fokus qrup müzakirələr və sorğular şəklində həyata keçirilmişdir.

Sözügedən araşdırmanın nəticələrinin banklara təqdim edilməsi məqsədilə 24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və “Visa Inc.” beynəlxalq kart təşkilatının videokonfrans formatında bank nümayəndələri ilə görüşü keçirilmişdir.

Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, region respondentlərində nağdsız ödənişə inam aşağıdır. İnsanları kartın itirilməsi, vəsaitlərin oğurlanması və ya silinməsi, müxtəlif dələduzluq halları narahat edir. Bununla yanaşı sorğu zamanı respondentlər kartdan istifadə üçün komissiyanın olmaması, kredit vəsaitlərinə çıxış imkanın verilməsi, ödənişə görə mükafatlandırıcı (cashback) təkliflərin və loyallıq proqramlarının təqdim edilməsi kimi gözləntilərinin olmasını qeyd etmişdirlər.

Görüş zamanı araşdıma nəticələri ətraflı müzakirə edilmiş və bank nümayəndələrinin sualları cavablandırılmışdır.

MÜDDƏT