Banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşları üçün vebinarlar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bank əməkdaşları üçün maliyyə savadlılığı” vebinarları keçirilmişdir. Vebinarların məqsədi vətəndaşlarla birbaşa əlaqədə olan bank əməkdaşları arasında maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır.

27 və 30 aprel 2021-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşlarına təşkilati bacarıqlar (soft skills) və maliyyə savadlılığına dair vebinarlar təşkil edilmişdir. Təlimlərdə 151 iştirak olmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.

Eyni zamanda, iştirakçılara Mərkəzi Bankın zəngin elekton resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilmişdir.Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif hədəf qruplarına yönəlmiş bu səpkili təlimlərinin təşkili işləri davam etdirilir.

MÜDDƏT