“Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

31 may 2021-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili auditüzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin direktoru, ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu” rəhbəri Elgün Qurbanov açılış nitqi ilə çıxış etmiş daha sonra Beynəlxalq daxili auditorlar institutunun Azərbaycan nümayəndəliyinin sədri Əziz Fətəliyev“ Daxili audit peşəsi haqqında marifləndirmənin önəmi və gələcək prespektivlər” mövzusunda çıxış etmişdir. İclasın davamında Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin audit meneceri Nərgiz İsayeva və baş İT auditoru Azad Məmmədov “ Yeniçağırışlar – Agile audit” və “İT auditin önəmi və funksiyası” mövzularında təqdimat nümayiş etdirmişlər .

İclas zamanı gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, görüş iştirakçılarının sualları cavablandırılmışdır.

MÜDDƏT