ABA-nın “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun iclası keçirilib

23 sentyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclas zamanı son dövrdə yaranan vəziyyətdə bank müştəri münasibətlərindəki dəyişikliklər və bu münasibətlərin tənzimlənməsi zamanı tətbiq edilməsi müsbət nəticə verəcək təkliflər ətrafında fikir müzakirəsi aparılıb.

Həmçinin iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Hüquq və İcraat Deartamenti”nin rəhbərliyi təmsil olunub.

İclasın sonunda MBNP ilə bank nümayəndələri arasında səslənən fikirlər ətrafında müzakirələrin davamı üçün növbəti görüşün təyin olunması razılaşdırılıb.

MÜDDƏT