ABA-nın İşçi Qrupunun iclası keçirilib

07 avqust 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda unifikasiya olunacaq müqavilələrdəki anlayışlar, faizlərin hesablanma qaydasının müəyyən olunması üçün Hesablama Palatası ilə müzakirələrin aparılması müzakirə edilib.

İclasın sonunda qərara alınıb ki, həftəsonuna qədər müqavilənin ilkin versiyası hazırlanaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP)  təqdim olunsun.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT