ABA-nın “İT üzrə” Ekspert Qrupunun iclası keçirilib

22 sentyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “IT üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclas çərçivəsində Qrupun fəaliyyət istiqamətləri, İT sektoru üzrə bankların üzləşdiyi məsələlər müzakirə edilib, həll yolları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nümayəndəsi də iştirak edib. Əlaqədar məsəllərlə bağlı MBNP-nin mövqeyi öyrənilib.

Sonda Belarusun ScienceSoft şirkəti tərəfindən bank nümayəndələrini maraqlandıracaq yeni məhsulun təqdimatı keçirilib.

MÜDDƏT