ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun iclası keçirilib

29 dekabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının  “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun iclası keçirilmişdir.

İclasın gündəliyində olan əsas məsələ Vergilər Məcəlləsində edilən son dəyişikliklərlə bağlı olub. Belə ki, bu dəyişikliklər nəticəsində banklar qarşısında yeni öhdəliklər yaranıb.  Qrup üzvləri bu öhdəliklərin icrası üçün mexanizmi haqqında fikir mübadiləsi aparıblar.

Müzakirə olunan digər məsələ isə nağdsız hesablaşmalarla əlaqədar qanununvericilikdə baş verən dəyişikliklərlə əlaqədar olub.

Bundan əlavə, iclas zamanı gündəlikdə olan digər məsələlər də nəzərdən keçirilib.

MÜDDƏT