“İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun iclası keçirilib

16 fevral 2018-ci il tarixində “AzInTelecom” MMC-nin inzibati binasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İT və İT təhlükəsizlik üzrə” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclas zamanı AzInTelecom MMC tərəfindən göstərilən xidmətlər və həllər, həmin xidmətlərlə bağlı AzInTelecom MMC-in öhdəlikləri və informasiya təhlükəsizliyi müzakirə edilib, AzInTelecom-un Data Mərkəzinin infrastrukturu, İaaS xidmətlərinin (“İnfrastruktur xidmət kimi”) göstərilməsi üçün tətbiq olunan texnologiyalara dair təqdimat keçirilib. Görüş zamanı İT Komissiyası üçün Data Mərkəzi turu təşkil olunub. Qonaqlar Data Mərkəzinin infrastruktur imkanları, tətbiq olunan ən müasir texnologiyalar ilə tanış olublar.

İclasda həmçinin Qrupun hər ilin may ayında Bakı şəhərində keçirdiyi “İT və İT Təhlükəsizlik üzrə Konfrans”nın gündəliyi müzakirə edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT