Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupunun iclası keçirilib

25 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclas Ekspert Qrupunun sədri Məhəmməd Məmmədovun sədrliyi ilə baş tutub. İclasda banklardan 30-a yaxın nümayəndə iştirak edib. Ekpert Qrupunun iclası zamanı əsasən cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT