“Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

23 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında ABA-nın nəzdində fəaliyyət gösətərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib.

İclasda ödəniş kartı infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində cari vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin elektron ticarət qaydasında edilən ödənişlər, 2017-ci ilin dövriyyəsinə dair araşdırma, eləcə də key-entered formasında əməliyyatlar müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT