“Uber”in vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib

17 oktyabr  2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib.

İclasda ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət Sektorunun rəhbəri Tamerlan Rüstəmov, Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Şöbə müdiri Fuad Səbziyev və Ekspert Qrupunun üzvləri iştirak ediblər.

İclas zamanı “Uber” taksi xidmətləri ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlər, digər taksi sistemlərinə elektron ödənişlərin tətbiqi, eləcə də “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT