ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

13 iyun 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Hökümət Ödəniş Portalına  (HÖP) qoşulmuş və bu infrastruktur vasitəsilə banklar tərəfindən “həyat sığortası” üzrə plastik kartlarla ödənilən sığorta haqlarına tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT