“Maliyyə institutları üçün iqlim qiymətləndirmə aləti”nə dair vebinar təşkil olunub

05 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) “Maliyyə institutları üçün iqlim qiymətləndirmə aləti”nə dair (Climate Assessment for Financial Institutions (CAFI)) vebinar təşkil olunub.

Vebinar Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin strateji prioritetlərindən biri olan “Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması” istiqamətində maliyyə institutları tərəfindən iqlim risklərinin qiymətləndirilməsi məsələlərini əhatə edib.

Əlavə edək ki, CAFI maliyyə institutlarına öz portfellərində yaşıl investisiyaların payını izləməyə və bu investisiyaların ətraf mühitə təsirini qiymətləndirməyə və təsir hesabatları hazırlamağa imkan verir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT