“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə, “Accessbank” QSC-nin baş ofisində “Sahibkarlar üçün Rəqəmsal Maliyyə Texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər” mövzusunda seminar təşkil edilmişdi.
Görüşdə “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər”, “Rəqəmsal satış kanalları və e-commerce-in biznesin inkişafında rolu” və “Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu” mövzularında təlimlər keçirilmiş və bu istiqamətdə müzakirələr aparılmışdır.
Seminarda “Kapital Bank” ASC-nin, “Accessbank” QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış etmişdirlər.