“Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir keçirilib

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 31 may – 1 iyun 2017-ci il tarixlərində  “Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir keçirilib. Tədbirdə daşınar əmlakın yüklülüyü islahatının  iqtisadi və hüquqi aspektləri, Doing Business tədqiqatlarında ölkələrin reytinqinə təsiri,  daşınar əmlakın yüklülüyü reyestrinin əhəmiyyəti və  daşınar əmlaka əsaslanan maliyyələşmə ilə bağlı nəzarət sahələrində mövcud vəziyyət və gələcək perspektivlər istiqamətində təcrübə və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirdə Belarusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın Prezident Administrasiyası, Parlamenti, Mərkəzi Bankları kimi dövlət qurumlarının yüksək vəzifəli şəxsləri iştirak edib.

Xatırladaq ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu 2 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində üçüncü oxunuşdan keçmişdir və hal-hazırda daşınar əmlakın yüklülüyü reyestrinin yaradlması üzərində fəaliyyətə başlanılır.

MÜDDƏT