V BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATIB

Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən ənənəvi “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilən “V Beynəlxalq Bankçılıq Forumu” uğurla başa çatıb.

08-09 dekabr 2021-ci il tarixlərini əhatə edən Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin, Koreya və MDB ölkələrindən nüfuzlu şirkətlərin nümayəndələri, eləcə də 100-dən çox xarici qonaq iştirak edib.

Forum yeddi paneldən ibarət olmaqla – “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı”, “Rəqəmsal və məsafədən bankçılıq”, “Yeni era bankçılıq: açıq bankçılıq və ənənəvi proseslərin optimallaşdırılması”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar”, “Partnyorluq yaxud bir mərkəzdə cəmlənmə: yerli online banklar”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mözvularını əhatə edib. Qeyd edək ki, 40-dan çox spikerin çıxış etdıkləri panellərə dinləyici kimi 1000-dən çox iştirakçı qatılmışdır.

İştirakçılar və spikerlər arasında Türkiyə Mərkəzi Bankının, Türkiyə Respublikası Prezidentliyinin Maliyyə Ofisinin, Rusiya Mərkəzi Bankının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Maliyyə Korporasiyasının, Google Pay EMEA-nın, “Bank Respublika”ASC-nin, “Kapital Bank”ASC-nin, “Unibank” ASC-nin aparıcı mütəxəssisləri, o cümlədən “Mastercard”, “BS/2”, “NBA Technologies”, “Fineksus”, “Azimut”, “Ritmus”, “Forcerta”, “Altair Technologies”, “Azericard”, “Millikart”, “UPT”, “OneSpan”, “Colvir”, “HYOSUNG TNS”, “ATM Alyans”, “Portmana”, “PulPal”, “Discover”, “Diners Club”, “Tiko”, “OpenWay”, “Whitebird”, “Global Innovations”, AKB, “Arter”, “GPolicy”, “Qiwi”, Verifone Türkiyə, FARI Solutions, BRİCS Rəqəmsal Bankı, Fuzzy Logic Labs və digər nüfuzlu şirkətlərin nümayəndələri iştirak etmişdir. Eyni zamanda, “AzərTürk Bank” ASC, “XalqBank” ASC,“Bank of Baku” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC Forumun Bank tərəfdaşları olmuşlar.

Bundan əlavə, Forum çərçivəsində “CBDC (Mərkəzi Bank Rəqəmsal Valyutası) anlayışları, istifadə halları və tənzimlənməsi”, “Elektron imza üzrə yeni məhsullar, elektron bankçılıqda fırıldaqçılıq halları”, tələbələr üçün “Maliyyə savadlılığı”, “Daşınar əmlakın yüklülüyü dövlət reyestrindən istifadənin üstünlükləri və istifadə üsulları”, “Rəqəmsal bankçılıq və müştəri bazasının genişləndirilməsi üzrə innovativ yanaşmalar”, “Yaşıl maliyyələşmə”, “Kiber və intellekt– trendlər, hücum növləri, həllər”, “Müştəri təcrübəsində innovasiya” “Müxtəlif seqmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi” mövzularda təşkil edilən 10-a yaxın seminar və vebinar tipli yan tədbirdə 500 nəfərdən çox bank əməkdaşı, sahibkar və tələbə iştirak etmişdir.

Tədbirin videosu ilə link vasitəsilə tanış ola bilərsiniz:

1-ci gün – https://youtu.be/fxfqRFzAeYM

2-ci gün – https://youtu.be/sAc3E49j4n4

Tədbirin fotoları və yeniliklərlə bağlı facebook səhifəmizdə tanış ola bilərsiniz: https://www.facebook.com/internationalbankingforum

Tədbirlərlə bağlı yenilikləri linkedin səhifəmizdən izləyin: https://www.linkedin.com/showcase/international-banking-forum-az/

MÜDDƏT