“İnformasiyanın iqtisadi gözləntilərə təsiri” adlı seminar keçirilib

28 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə “IB Club”da “İnformasiyanın iqtisadi gözləntilərə təsiri” adlı seminar keçirilib.

Tədbir “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub.

Seminarda Azərbaycan Mərkəzi Bankının Mətbuat katibi  Namiq Əliyev çıxış edib.

Seminar zamanı “iqtisadi informasiya nədir?”, “hansı informasiyalar iqtisadi gözləntilərə təsir edə bilir?”, həmçinin “uçot dərəcəsi nədir?” və “niyə lazımdır?” kimi suallara cavab axtarılıb və bu məsələlərlə bağlı müzakirələr aparılıb.

Həmçinin elan edilmiş müsabiqə ilə əlaqədar olaraq, “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda iştirakçılar sertifikatlarla təltif edilib və birgə xatirə şəkli çəkdirilib.

 

MÜDDƏT