“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

16 avqust 2019-cu il tarixində “KapitalBank” ASC-nin Badamdar filialında ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə, eyni zamanda digər qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklər, qəbul edilmiş bəzi qərarlar müzakirə edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT