“Banklar bu əmək haqqı sorğusu sayəsində insan qaynaqları mənasında rəqabətdə bazarın hansı hissəsində olduğunu görə biləcək.”
Bu sözləri “Korn Ferry Hay Group” Türkiyə şirkətinin Məlumat Xidmətinin Qrup Lideri Berker Şakır deyib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə əməkdaşlıqdan danışan Berker Şakır, həmçinin qeyd edib ki, əmək haqqı sorğusu çərçivəsində ABA ilə əməkdaşlıq edəcəklər. Əməkdaşlıqda əsas məqsəd isə bankların işçilərinə ödədiyi əmək haqqıların Azərbaycan bank bazarında yerinin hansı nöqtədə olduğunu müəyyən etməkdir. Banklar hansı işçisinə hansı səviyyədə əmək haqqı ödəyir bunun müqayisəsini təqdim etmək də əməkdaşlığın əsas hissəsidir.
Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz: