İpoteka bazarında tələb hansı vəziyyətdədir?-Videomüsahibə

“İpoteka kreditinə müraciətlər və müştəri axını kifayət qədərdir”.

Bu sözləri “Banklar və Biznes” Qəzetinin (BBN.az) “Sədrlə müsahibə” rublikasının qonağı Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “İpoteka krediti proqramının inkişafı” üzrə Ekspert Qrupunun sədri Rəşad Paşayev bildirib.

ABA-da sədri olduğu “İpoteka krediti proqramının inkişafı” üzrə Ekspert Qrupunun gələcək planlarından danışan Rəşad Paşayev, həmçinin deyib ki, Qrupun bu ilki planında əsas yeri sosial evlərlə bağlı treninqlərin keçirilməsi tutur. Onun sözlərinə görə, sosial evlərə müraciətlər ASAN xidmət mərkəzlərindən olacağına görə, ASAN könüllülərin bu barədə məlumatlandırılması üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Sığorta şirkətlərinin rəhbərləri ilə də görüşəcəklərini deyən Rəşad Paşayev onlara müəyyən təkliflər verəcəklərini də qeyd edib.

Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:

MÜDDƏT