2017-ci il yanvarın 1-dən etibarən ipoteka kreditlərinin elektron qaydada verilməsi ilə bağlı dövlət başçısının sərəncamı var. Bu, ipoteka krediti alınması prosedurunu maksimum sadələşdirə bilər.Məsələn, bu fərmanın 4-cü bəndinin 4.3. yarımbəndinə əsasən – İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
Bəzi müştərilər ipoteka krediti almağın çətin olmasından şikayət edir.Qanununun əsas məqsədi proseduru sadələşdirmək və avtomatlaşdırmaqdır. Elektron ipotekaya keçid sırf texniki proses kimi görülə bilər. Amma bu belə deyil. Belə ki, elektron ipotekaya keçid, ipotekanın alınması prosesindəki şəffaflığı yüksəldəcək.
Misal üçün, ipoteka almaq istəyən şəxs müvəkkil banka müraciət edir, bank 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə mane olacaq.
Eyni zamanda, ipoteka krediti işə salınandan sonra sənədlərin toplanması prosesi elektronlaşdırılacaq. Belə ki, həmin elektron ipoteka proqramı hökumət portalına birləşdiriləcək. Bundan sonra kredit vermək istəyən bank bir sıra məlumatları, vətəndaşın gəlirləri haqqında məlumatları, yaşayış yeri ilə bağlı, iş yeri haqqında məlumatları müvafiq dövlət orqanından elektron formada alacaq.
Əsəs diqqət yetiriləsi əlavələrdən biri də müraciətdən imtina ilə bağlıdır. İndiyədək borcalana müvəkkil banklar tərəfindən ilkin müsbət rəy verilmiş hallarda, müəyyənləşdirilmiş müddətlərdə, müştəri lazimi sənədləri vaxtinda təqdim etmədikdə, sistem tərəfindən avtomatik imtina olunur və kreditin verilmə prosesinin ümumi müddəti 60 gündən çox ola bilməz. Lakin, fərmanın 4.4 bəndində nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Əgər imtina olunarsa, xüsusi ağırlaşdırıçı səbəb olmazsa, müştəri yenidən müraciət edə bilər.