“Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni sədri təsdiqləndi

31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin keçirdiyi iclasda “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov təsdiqlənmişdir.

İclasda yeni sədr “Marketinq və PR üzrə” Ekspert Qrupun iş planını Rəyasət Heyətinə təqdim etmişdir. Təqdimatda Qrupun iş planında prioritet məsələlərdən biri nağdsız ödənişlərin stimullaşdırılması xüsusi qeyd edilmişdir. Plana əsasən nağdsız ödənişlərin kütləviləşdirilməsi və vəsaitlərin kart vasitəsilə ödənişinin əsas faydalarını geniş ictimaiyyətə çatdırılmasıdır.

Bu istiqamətdə Qrupun tədbirləri sırasında – nağdsız ödəninşlərin stimulaşdırılması üçün video çarxların hazırlanması, təşfiqlə bağlı orta və ali təhsil məktəblərində görüşlərin keçirilməsi, sosial Media-da mövzu ilə bağlı məqalələrin dərci, mövzu ilə bağlı yarışmaların keçirilməsi, eləcə də plastik kartlar üzrə lotereyanın (və ya digər kampaniyaların) keçirilməsi olacaqdır.

MÜDDƏT