“Rəqəmsallaşma və innovativ həllər” adlı tədbir keçirilir

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir.

BBN.az xəbər verir ki, bu gün Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçirilir.

Qeyd edək ki, bank sistemi və sığorta sektoruna yönəlmiş bu tədbirdə “KPMG” beynəlxalq təşkilatının yerli və xarici ekspertləri tərəfindən bank sistemində rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqi normativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarəedilməsi mövzusunda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılması nəzərdə tutulub.

MÜDDƏT