“Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu ilə Azərbaycan Kredit Bürosu arasında görüş keçirilib

ABA-nın “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu ilə Azərbaycan Kredit Bürosu (AKB) arasında Unibank ASC-nin baş ofisində görüş keçirilib.

Görüşün gündəliyinə banklar tərəfindən verilən müxtəlif ölkədaxili qarantiyaların kredit bürosunda müvafiq qaydada əks etdirilməsi ilə qarantiyaların benefisiarlarının risklərini azaldılmasına nail olunması məsələsi daxil edilmişdi.

AKB baş direktoru Elçin Həbibov bu meqsədlə büro tərəfindən hazırlanmış mexanizm teklif edib.

Təklif edilmiş mexanizm ətrafında müzakirələr aparılıb, bir sıra fikirlər bildirilib.

AKB tərəfindən bu istiqamətdə daha dərin araşdırmaların aparılması və dəqiqləşdirilmiş təkliflərin hazırlanması vurğulanıb. Bundan əlavə, görüşdə AKB ilə bankların risk menecerləri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Banklar AKB-nin dövri analitik hesabatlar hazırlanaraq bankların istifadəsinə təqdim etməsini təklif ediblər. Risk menecerlər kredit bazarında aylıq ve rüblük dinamikaların daha yaxşı başa düşülməsi məqsədilə borcalanların say ve məbləğ ilə yüklənməsini, o cümlədən belə kreditlərin keyfiyyətinin dəyişməsini, bundan əlavə, kreditlərin sektor, müştəri qrupları üzrə keyfiyyət trendləri, prediktiv defolt ehtimalları, skorların miqrasiyası və s. kimi analitik hesabatların zəruri olduğunu bildiriblər.

Qeyd edilib ki, hal-hazırda istehlak kreditləşməsi templəri yüksəliş göstərir, belə bir şəraitdə risk menecerlərinin kreditləşmə istiqamətində trendləri operativ qiymətləndirə bilməsi vacib şərtdir.

AKB tərəfindən bu məsələlər ilə bağlı müəyyən hazırlıq işlərinin görülməsi qərara alınıb.

MÜDDƏT