ABA-nın rəhbərliyi SECO-nun Makroiqtisadi Dəstək Proqramı üzrə nümayəndəsini qəbul edib

Əlavə edilib:

5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi)  Makroiqtisadi Dəstək Proqramının məsul şəxsi Reto Weyerman və  İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz  regionu üzrə direktor müavini  Simone Haeberli ilə görüşüb. Görüşdə Azərbaycanda bank sektorunun hazırki durumu, ABA-nın fəaliyyəti və onun  bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasndakı rolu,  müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABA-nın nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. ABA-nın SECO  ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb.

Daha sonra Reto Weyermenin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevlə və “ÇYP və Komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimovla görüşü baş tutub. Hər iki ekspert qrupunun fəaliyyəti barədə fikirlər dinlənilib. Görüş zamanı Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən  “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər  müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT