X Beynəlxalq Bankçılıq Forumu 2026 Bakı şəhərində keçiriləcək

X Beynəlxalq Bankçılıq Forumu 2026 (IBF 2026) 24–25 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində Mastercard ilə strateji tərəfdaşlıq çərçivəsində keçiriləcək.....

XƏBƏR

“Polygraf AI” şirkətinin texnoloji həlləri təqdim olunub

17 noyabr 2026-cı il tarixində Azərbaycan İnnovasiya Mərkəzində ABŞ-nin “Polygraf AI” şirkətinin süni intellekt təhlükəsizliyi və idarə edilməsi sahəsində texnoloji məhsullarının təqdimatı keçirilib.Görüşdə bank sektorunun nümayəndələri də iştirak ediblər. Tədbirdə şirkətin “AI Behavioral Control Plane” platformasının imkanları nümayiş etdirilib. Platforma həssas məlumatların qorunması, məlumat sızmasının qarşısının alınması, AI agentlərinə real vaxt rejimində nəzarət və təhlükəsizlik […]

ABA üzv bankların rəhbərləri Mərkəzi Bankın rəhbərliyi ilə görüşüb

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb. Görüş çərçivəsində cari ilin 9 ayı üzrə bank sektorunun fəaliyyət nəticələri, çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıdakı dövr üzrə sektor üçün mühüm əhəmiyyət daşıyan prioritetlər nəzərdən keçirilib. Bununla yanaşı, müzakirələrdə qlobal iqtisadi mühitdə […]

ABA-nın törəmə qurumu olan Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdi Cavid Ağbabalı beynəlxalq müsabiqədə xüsusi mükafat qazanıb

ABA-nın törəmə qurumu olan Mübariz İbrahimov adına Təhsil Kompleksinin şagirdi Cavid Ağbabalı ABŞ-də keçirilən dünyanın nüfuzlu beynəlxalq elm və mühəndislik müsabiqəsində xüsusi mükafata layiq görülüb. “Azərbaycan müəllimi” xəbər verir ki, Cavid Ağbabalı komanda yoldaşı Harun Nəbiyevlə birlikdə Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Onların təqdim etdiyi Süni intellekt əsaslı maliyyə savadlılığı köməkçisi adlı layihə […]

ABA, GIZ və OECD əməkdaşlığı çərçivəsində onlayn görüş keçirilib

12 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həyata keçirdiyi PROGRESS proqramı çərçivəsində OECD nümayəndələri ilə Azərbaycanın bank sektorunun təmsilçiləri arasında onlayn görüş keçirilib. Görüşdə iqlimə davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə potensialın gücləndirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma amillərinin layihələrin kreditləşdirilməsi zamanı qiymətləndirmə sistemlərinə […]

MÜDDƏT