18 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İslam bankçılığı” üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir....
18 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İslam bankçılığı” üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir. İclasda İslam maliyyəsi sahəsində beynəlxalq təcrübəyə malik tanınmış türkiyəli ekspert Mücahit Özdemir, eləcə də ABA-nın üzv banklarının İslam bankçılığı üzrə ixtisaslaşmış struktur bölmələrinin rəhbər şəxsləri və müvafiq sahə üzrə ekspertlər iştirak etmişlər. Tədbir çərçivəsində İslam […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifəsindən ayrılması münasibətilə görüş keçiriblər. Görüş zamanı Fərid Abuşovun bank sektorunun inkişafına və ABA-nın fəaliyyətinə verdiyi dəyərli dəstəyə görə ona xüsusi təşəkkür ifadə edilib. Fərid Abuşovun rəhbərliyi dövründə Unibank ölkəmizdə müasir bank xidmətlərinin genişləndirilməsi, rəqəmsal […]
4 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə “Sindikativ kreditlər” mövzusuna həsr olunmuş konfrans baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyi yanında Biznesin İnkişafı Fondunun, “PASHA Holding”in, “PAŞA Bank”ın, “AZƏRMAŞ” ASC-nin, eləcə də bir sıra kommersiya banklarının və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları […]
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti “DAMU” Sahibkarlığın İnkişafı Fondu, Bank Center Credit (BCC) və Bereke Bank kimi aparıcı maliyyə qurumlarının […]