ABA-nın təşkilatçılığı ilə “Post-neft iqtisadiyyatı: yeni çağırışlar və bank sektoru” mövzusunda Forum keçirilmişdir

Əlavə edilib:

Forumda ABA-ya üzv bankların yuxarı menecmenti və AMB-nin rəhbər nümayəndələri bir ayara gəlmişlər.

Tədbiri giriş nitqi ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açmış, məruzəçi qismində ABTM-in direktoru Cavanşir Abdullayev, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı çıxış etmişlər.

Forumda “Qlobal iqtisadi konyuktura və Azərbaycan iqtisadiyyatı”, “Neft şokuna makroiqtisadi siyasətin reaksiyası: çağırışlar və həll yolları”, “Yeni iqtisadi şəraitdə Azərbaycan bankları: Reallıq və perspektivlər”, “Azərbaycanda maliyyə-bank sektorunun inkişafı: Dünya təcrübəsindən dərslər” mövzuları üzrə təqdimatlar edilmiş, həmçinin qeyd olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı bankaların yeni çağırışlar şəraitində öz fəaliyyətlərini Mərkəzi Bankla və eləcədə də, öz aralarında daha sıx məsləhətləşmələr əsasda qurmalı olduqları, xarici bazarlardan ötürülən və yerli risklərdən effektiv qorunmaq üçün öz kredit siyasətini müəyyən edərkən məsuliyyətli kreditləşmə yanaşmasına diqqət edilməsinin zəruri olduğu qeyd olunmuşdur. Həmçinin, bank sektorunun hazırkı şəraitdə inkişafına maneə olan bizi amillərin həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, post-neft dövründə Azərbaycan bank sektorunun ölkədə dayanıqlı iqtisadi inkişafın başlıca maliyyə təminatçısına çevrilməsinin vacibliyi vurğulanmış, bu hədəfin bankların fəaliyyət strategiyalarının qurulması zamanı nəzərə alınması və qeyri-neft biznes layihələrinin kreditləşdirilməsinin prioritet kimi müəyyən olunmasının zəruriliyi önə çəkilmişdir.

 

DSCF5113

MÜDDƏT