Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası gənclər üçün müsabiqə elan edir

Əlavə edilib:

Azərbaycan gənclərinin cəmiyyətin sosial-iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” prioritetini əsas tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Müsabiqəyə təqdim olunmuş və qalib olaraq seçilən ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə (1-ci yer: noutbuk; 2-ci yer: planşet; 3-cü yer: smartfon) mükafatlandırılacaq. Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilərlər. Hazırlanan məzmunun sonunda “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur” qeydi verilməlidir. Müsabiqəyə işlər 15 fevral 2018-ci il tarixindən qəbul olunur. İşlərin son qəbul günü 30 mart 2018-ci il, saat 18:00-dır.

Müsabiqənin qaydaları ilə keçiddən tanış ola bilərsiniz.

MÜDDƏT