ƏDV-nin geri qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də iştirakı ilə görüş keçirilmişdir

Əlavə edilib:

23 dekabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının və  Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə birgə onlayn görüş keçirilmişdir.

Məlum olduğu kimi, 2020-ci ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə  yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilmişdir.

Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sisteminə bankların elektron bankçılıq həllərinin inteqrasiya olunması məqsədilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Bununla əlaqədar olaraq keçirilən görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da  qoşulması məsələləri müzakirə edilmişdir.  Qeyd edək ki, görüşdə müvəkkil bank qismində “Kapital Bank” və “Beynəlxalq Bank” iştirak etmişlər

MÜDDƏT