“100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib

Əlavə edilib:

7 aprel 2023-cü il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Liv Bona Dea Hospitalda “100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib.

Konfransı Liv Hospital Qrupun Koordinatoru Meri İstiroti açaraq, təşkilati dəstəyə və mövzunun ideyasına görə Konfederasiyanın prezidenti Məmməd Musayevə təşəkkürünü bildirib.

Sahibkarların adından çıxış edən ASK-nın vitse-prezidenti Zakir Nuriyev, dünya ölkələrinin əhali tərkibinin gənc və sağlam olmasına böyük önəm verdiyini və bu amilin iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. “Sağlam insan gücü iqtisadiyyatın təməlidir, uzunömürlü vətəndaşlara sahib olan ölkə iqtisadiyyatı daha dayanıqlı olur”, – deyən Zakir Nuriyev hospitalın heyətinə uğurlar arzu edib.

Liv Bona Dea Hospital-ın peşəkar həkimləri maraqlı təqdimatlarla çıxış ediblər və auditoriyanın suallarını cavablandırıblar. Konfransın sonunda 5 nəfər iştirakçı Liv Bona Dea Hospitalda “CHECK-UP” müayinəsi hədiyyə qazanıb.

MÜDDƏT