22 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir
İclas zamanı ABA nəzdində fəaliyyət göstərən “Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupu”nun sədri vəzifəsinə “ABB” ASC-nin Maliyyə Menecmenti departamentinin direktoru vəzifəsini icra edən Əli Dadaşzadənin təyin olunması qərara alınmışdır.
Bu təyinat Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və bank sektorunda maliyyə, mühasibatlıq və hesabatlılıq sahəsində koordinasiyalı və peşəkar yanaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Ekspert Qrupunun əsas məqsədi mühasibat uçotu, vergi və hesabatlılıq sahəsində mövcud vəziyyətin təhlili, bankların bu sahədə üzləşdiyi problemlərin və aktual məsələlərin müzakirə olunmasıdır. Qrup, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin və qabaqcıl yanaşmaların öyrənilməsi, müvafiq dövlət qurumlarına əsaslandırılmış təkliflərin təqdim olunması, hüquqi-normativ baza və standartların formalaşdırılmasında iştirak və digər əlaqəli fəaliyyətlərlə məşğuldur.