“Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası

Əlavə edilib:

04 aprel 2016-cı il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.

İclas zamanı ödəniş kartları ilə ölkə daxilində həyata keçirilən əməliyyatların maya dəyərinin aşağı salınması və bununla da kartlarla nağdsız hesablaşmaların aparılması üçün daha əlverişli şərtlərin təqdim olunması məqsədilə interçeync haqqlarının (emitent bankın xərclərinin qarşılanması məqsədilə ödənilən haqq) aşağı salınması məsələsi müzakirə edilmiş və Mərkəzi Bankın nümayəndələri bununla əlaqədar dünya təcrübəsi barədə məlumat vermiş, təqdimat etmişlər.

İclasda müzakirə olunan digər məsələ isə AMB tərəfindən nağdsız ödənişlərlə bağlı keçirilən nominasiyaların sayının artırılması və yeni nominasiyaların yaradılmasına aid olmuşdur.

 

 

MÜDDƏT