Azərbaycan Bankları ICPC Dünya Finalında Gənc İstedadlarla Birgə

Əlavə edilib:

Bakı şəhəri bu günlərdə dünyanın ən nüfuzlu proqramlaşdırma müsabiqələrindən biri olan ICPC Dünya Finalına ev sahibliyi edir. Dünyanın müxtəlif universitetlərindən yüzlərlə gənc proqramçı paytaxtımıza toplaşaraq biliyini, bacarığını və texnologiyaya olan həvəsini nümayiş etdirir. Bu beynəlxalq tədbir Azərbaycanın qlobal miqyasda elm, təhsil və rəqəmsal inkişaf sahəsində nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

ICPC Dünya Finalı təkcə yarış deyil, həm də yeni ideyaların və əməkdaşlıqların formalaşdığı, texnologiya ekosisteminin inkişafına təkan verən böyük bir platformadır. Yarışın təşkilatçıları və tərəfdaş qurumlar ölkəmizdə gənclərin İT sahəsinə marağının artırılmasını və rəqəmsal bacarıqlarının inkişafını prioritet kimi qiymətləndirirlər.

Bu möhtəşəm tədbirdə Azərbaycan Banklar Assosiasiyasının üzvü olan  ABB Bank, Unibank,  Xalq Bank, Bank of Baku, Rabitəbank, Yelo Bank, TuranBank, Azər Türk Bank, Bank Respublika və Azərbaycan Kredit Bürosu fəal iştirak edir. Bankların nümayəndələri gənclərlə görüşərək onların suallarını cavablandırır, bank sektorunda karyera imkanları və innovativ məhsullar barədə məlumat verir.

Belə beynəlxalq tədbirlər ölkədə insan kapitalının inkişafına, gənclərin maliyyə və texnologiya sahələrində maariflənməsinə, həmçinin Azərbaycan bank sektorunun innovativ və açıq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.

MÜDDƏT