Azərbaycan Kredit Bürosunun rəhbərliyi və “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib

Əlavə edilib:

26 sentyabr 2019-cu il tarixində “AccessBank” QSC-nin baş ofisində  Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib.

Görüşdə Ekspert Qrupu tərəfindən kreditləşmə ilə bağlı AKB-yə  təqdim edilmiş təkliflərə baxılıb və bu istiqamətdə  müzakirələr aparılıb.

Sonda təkliflərlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.



MÜDDƏT