“ABA” və “KOBİA” yanında İctimai Şura arasında görüş keçirilib

Əlavə edilib:

29 oktyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın icraçı direktoru Yunus Abdulov və “KOBİA” yanında İctimai Şuranın sədri Fərhad Qaraşov iştirak ediblər.

Görüşdə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək ola biləcək maliyyə alətlərindən sahibkarların istifadə imkanlarının genişləndirilməsi məqsədilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumun keçirilməsi ilə bağlı tərəfdaşlıq məsələsi müzakirə edilib.

MÜDDƏT